Təbii qazda Kursk "narahatlığı"

Təbii qazda Kursk "narahatlığı" İqtisadiyyat

Rusiyanın Suca şəhərinin də daxil olduğu Kursk bölgəsində avqustun 6-da Rusiya ilə Ukrayna ordusu arasında başlayan qarşıdurmalar davam edir.

News24.az xəbər verir ki, Rusiya qazının boru kəməri ilə Ukraynaya yeganə giriş nöqtəsi olan və Avropaya uzanan Suca giriş nöqtəsində yaşanan gərginlik bu il Avropada təbii qaz qiymətlərini ən yüksək səviyyəyə çatdırıb.

Avropada ən böyük dərinliyə malik Hollandiyada yerləşən virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də sentyabr ayında fyuçers müqavilələri üzrə meqavat-saat qazın qiyməti təchizatla bağlı narahatlıqlar səbəbindən 42 avroya yüksələrək, 8 aylıq pik həddə çatıb.

Qeyd edək ki, Rusiyanın enerji şirkəti Qazprom, Sucadan gündə orta hesabla 42 milyon kubmetr təbii qaz nəql etməyə davam etdiyini bildirib.

Mütəxəssislər Avropada bazar payını əhəmiyyətli dərəcədə itirmiş "Qazprom"un Suca vasitəsilə daşımalarını davam etdirəcəyini gözləyirlər. Avropada Rusiya qazından istifadəni davam etdirən ölkələrlə problem yaşanmaması üçün Ukraynanın Sucadan gələn axını kəsməsi gözlənilmir.

Onu da bildirək ki, Sovet İttifaqı dövründə tikilmiş Urenqoy-Pomari-Ujqorod boru kəməri Sibirin qərbində çıxarılan təbii qazı Avropaya göndərilmək üçün Sucaya aparır.

Ukraynadan Slovakiyaya uzanan xətt oradan Çexiya və Avstriyaya qaz nəql etdiyi halda, buradan nəql olunan resursun müştəriləri arasında Macarıstan da var.

Günel Məlikzadə