Tüpraş neftini İrandan geri aldı
İqtisadiyyat
Tüpraş iranlılar tərəfindən ələ keçirilən gəmidən 1 milyon barrel nefti geri alıb.
News24.az xəbər verir ki, şirkətdən verilən açıqlamada, "23-25 iyul 2024-cü il tarixləri arasında həyata keçirilən gəmidən gəmiyə transfer əməliyyatı ilə sözügedən xam neftin hamısı şirkətimiz tərəfindən geri alınıb və neft emalı zavodumuza çatması gözlənilir" deyildi.
Tüpraşa məxsus neft daşıyan gəmi 2024-cü il yanvarın 11-də Oman sahillərində İran hakimiyyəti tərəfindən ələ keçirilib.
Günel Məlikzadə