Turizm işçilərinin istirahət haqqı - ƏLLƏRİNDƏN ALINIR

Turizm işçilərinin istirahət haqqı - ƏLLƏRİNDƏN ALINIR İqtisadiyyat

Türkiyədə yeni qanun dəyişikliyinə əsasən, turizm sahəsində çalışanlar 10 gün fasiləsiz işlədilə biləcək. 

Bu barədə News24.az Cumhuriyət-ə istinadən xəbər verir. 

Bu dəyişiklik həm işçilər, həm də müxalifət tərəfindən sərt tənqid olunub. İttifaqlar bunu "köləlik rejimi" və "işçi hüquqlarının tapdanması" kimi qiymətləndirib. 

Tənqidlərə görə, bu qərar turizm patronlarının maraqlarını qoruyur və işçiləri daha da güvənsiz vəziyyətə salır. Müxalif siyasətçilər isə bu dəyişikliyi AKP-nin əmək siyasətinin bir göstəricisi kimi dəyərləndirib.


Xeyrənsə Piriyeva