Vətəndaşlar ən çox nə üçün kredit götürürlər?
İqtisadiyyat
Bu ilin oktyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,042 milyard manat təşkil edib.
News24.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamaya görə, bu, aylıq müqayisədə 577,2 milyon manat və ya 1,9%, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən isə 2,6 milyard manat və ya 9,3% çoxdur.
Dövr ərzində Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ən çox kredit ev təsərrüfatına qoyulub. Belə ki, bu ilin oktyabrın 1-nə sözügedən sahəyə qoyulmuş kreditlərin həcmi 18,469 milyard manata çatıb. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,1 milyard manat və ya 12,8% çoxdur.
Bundan başqa, hesabat dövründə banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna 4,281 milyard manat (+6%), nəqliyyat və rabitə sektoruna 2,095 milyard manat (+18,1%), inşaat və tikinti sektoruna 1,820 milyard manat (-3,4%), sənaye və istehsal sektoruna 1,674 milyard manat (+11,6%), mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna 709,9 milyon manat (-16,6%), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna 563,4 milyon manat (+6,4%) kredit qoyulub. (trend.az)