“Yelo Bank”ın yay təcrübə proqramı - “Summer Challenge” başladı

“Yelo Bank”ın yay təcrübə proqramı - “Summer Challenge” başladı İqtisadiyyat

Gənclərin təhsilini və karyera yolunu daim dəstəkləyən “Yelo Bank” bu il də ənənəsini davam etdirərək “Summer Challenge” yay təcrübə proqramına uğurla start verib.

Artıq 5-ci dəfədir keçirilən və hər il böyük maraqla qarşılanan proqram üçün 600-dən çox namizəd qeydiyyatdan keçmişdi. Onlar arasından 55 nəfər istedadlı gənc seçilərək “Yelo Bank”ın baş ofisi və filiallarında təcrübə keçmək imkanı qazanıblar.

Təcrübəçilərlə “Yelo Bank”ın baş ofisində ilk tanışlıq görüşü keçirilib. Görüşdə çıxış edən İdarə Heyətinin sədri Anar Həsənov gəncləri səmimi salamlayaraq, onlara uğurlar arzulayıb. O öz çıxışında iştirakçılara tövsiyələr verərək, proqram müddətində fürsətləri dəyərləndirib, həm biliklərini artırmağı, həm də özlərini ifadə etməyi tövsiyə edib.

Təcrübəçilər öz maraq və bacarıqlarına uyğun olaraq Alternativ kanallarla satış, Mikro biznes müştərilərlə iş, Bank sistemləri departamenti, CVM və BI, Proqramlaşdırma və analitika mərkəzi, Hüquq departamenti, Brendin idarəedilməsi, İnsan Kapitalının idarəedilməsi, İnformasiya təhlükəsizliyi, Risklərin idarəedilməsi və Bankın xidmət şəbəkəsində müxtəlif sahələrdə çalışacaqlar.


“Yelo Bank”ın yay təcrübə proqramı - “Summer Challenge” başladı