Azərbaycanda terrorla bağlı yalan məlumat verən şəxsə cinayət işi açıldı

Azərbaycanda terrorla bağlı yalan məlumat verən şəxsə cinayət işi açıldı Kriminal
Azərbaycanda terror aktı törədiləcəyi  barədə yalan məlumat verən şəxsə cinayət işi açılıb.

News24.az
-ın məlumaına görə, hüquq-mühafizə orqanlarına bilərəkdən yalan informasiya verən Nəhmədov Mikayıl nizam oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı, yəni terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə maddəsi ilə iş açılıb. İş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Məhkəmə prosesi hakim Nahid Mirzəyevin sədrliyi ilə keçiriləcək.