Bakıda çoxmərtəbəli binada yanğın

Bakıda çoxmərtəbəli binada yanğın Kriminal
Bakıda çoxmərtəbəli binada yanğın baş verib. 

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 210 m² olan 4 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.