Bakıda ev və avtomobil yandı

Bakıda ev və avtomobil yandı Kriminal
Bakıda evdə yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağında 10 m² sahədə ev əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-nin məlumatına görə, Bakı şəhəri, Xətai rayonunda "Volvo" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.