Bakıda ev yandı

Bakıda ev yandı Kriminal
Bakıda yanğın hadisəsi baş verib. 

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xəzər rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;