Bakıda iki nəfərin meyiti tapıldı

Bakıda iki nəfərin meyiti tapıldı Kriminal
Binəqədi və Sabunçu rayonlarında iki nəfərin meyiti aşkarlanıb.

News24.az xəbər verir ki, dünən axşam saatlarında Binəqədi rayonu Motodrom yaşayış sahəsində tapılan meyitin 1986-cı il təvəllüdlü Ramiz Bağırov olduğu müəyyənləşib. Həmin şəxsin  əvvəllər məhkumluq həyatı yaşadığı və son vaxtlar küçələrdə gecələdiyi bildirilib.

Bundan başqa, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsində isə 1964-cü il təvəllüdlü Şəmsi Salmanovun meyiti tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

Taleh BAĞIROV