Binəqədi rayonunda yataqxanada yanğın olub - - FOTO - VIDEO

Binəqədi rayonunda yataqxanada yanğın olub - - FOTO - VIDEO Kriminal
Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.

News24.az ONA-ya istinadən xəbər verir ki,yanğın 7-ci mikrorayonda yerləşən yataqxanaların birində qeydə alınıb.
Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.