Gəncə bazarında oğul anasını buna görə öldürüb: Detallar bəlli oldu - Video
Kriminal
News24.az xəbər verir ki, “Xəzər xəbər” hadisə şahidlərindən qətlin təfərrüatını öyrənib.
Məlumata görə, 44 yaşlı Ramin İsmayılov tez-tez anasının işlədiyi yerə gələrək onunla mübahisə edib. O, anasından ona pul verməsini istəyib.
Hadisə şahidinin sözlərinə görə, həmin gün Ramin İsmayılov anasının işlədiyi geyim mağazasına gələrək jalüzi bağlayıb və onunla mübahisə etməyə başlayıb. Daha sonra isə hadisəni törətdiyi bıçaqla ərazini tərk edib.
Məlumata görə, qadının oğlu ona beş bıçaq zərbəsi endirib.
Qətli törətməkdə şübhəli bilinən Ramin İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.