Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər - AŞKARLANIB

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər - AŞKARLANIB Kriminal
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə xeyli sayda tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Ford Tranzit 125T350M" və Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-2108" markalı avomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 5000 və 12200 ədəd olmaqla, ümumilikdə 17200 ədəd "King" markalı siqaretlər aşkarlanıb.