Məhkəmə Şakira ilə bağlı qərar verdi

Məhkəmə Şakira ilə bağlı qərar verdi Kriminal

İspaniyanın Ali Məhkəməsi kolumbiyalı müğənni Şakiranın vergi fırıldaqçılığı işi ilə bağlı qərar qəbul edib.

News24.az xəbər verir ki, məhkəmə sənətçiyə bəraət verib və Maliyyə Nazirliyinə onun ödədiyi cərimələrin, həmçinin faizlərin geri qaytarılmasını tapşırıb.

Söhbət 69,8 milyon dollardan artıq məbləğdən gedir.

Qeyd edək ki, müğənni 2012–2014-cü illər arasında İspaniya büdcəsinə 14,5 milyon avro vergi ödəməkdən yayınmaqda ittiham olunurdu.

2022-ci ilin yayında İspaniya prokurorluğu Şakiranın 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini və 23 milyon avro cərimələnməsini tələb etmişdi.

Müğənni isə İspaniya hakimiyyəti qarşısında heç bir vergi borcunun olmadığını bildirirdi.

2023-cü ildə Şakira İspaniyada vergi işi ilə bağlı məhkəmə prosesi üzrə razılaşmaya gedərək həbsdən yayınmış və 15 milyon dollar ödəniş etmişdi. /Reuters/