Narkotik satan şəxs məhkəmə zalında həbs edildi

Narkotik satan şəxs məhkəmə zalında həbs edildi Kriminal
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Cavad Xudiyev məhkəmə zalından həbs edilib. 

News24.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hazırda evdustaqlığında olan C. Xudiyeva hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib. 

İttihama görə, C. Xudiyev Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olarkən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. 

Samir Əli