Xalası qızının pulunu və telefonunu oğurladı

Xalası qızının pulunu və telefonunu oğurladı Kriminal
Goranboyda gənc qız xalası qızının telfon və pulunu oğurlayıb.

News24.az xəbər verir ki, hadisə yanvarın 19-da rayonun Dəyirmanlar kəndində baş verib. 1999-cu il təvəllüdlü İlkanə Həsənova evdə xalası qızı G.Məmmədovanın çantasından 45 manat pul və mobil telefonunu gizli talayıb.

Telefonu oğurlanan G.Məmmədova polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV