Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan daha bir satıcı cərimələnib

Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan daha bir satıcı cərimələnib Kriminal
Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan daha bir satıcı cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 4-də Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Səbail Rayon Polis idarəsin əməkdaşları ilə birgə rayon ərazisində reyd keçiriblər. Bu zaman 1 köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkar edilib.
Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

//Report