8 Mart günü təndir evində faciəvi hadisə - GƏNC QADIN ÖLDÜ

8 Mart günü təndir evində faciəvi hadisə - GƏNC QADIN ÖLDÜ Maraqlı

Martın 8-i saat 13:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yerləşən təndir evində faciəvi hadisə qeydə alınıb.

News24.az xəbər verir ki, orada işləyən qəsəbə sakini 1985-ci il təvəllüdlü Bahar Mahmud qızı Mahmudovanı elektrik cərəyanı vurub.

Qadın aldığı xəsarət səbəbindən hadisə yerində ölüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Yaşar Araz