Ağ Evdə moda qalmaqalı: Pentaqon rəhbərinin həyat yoldaşı 14 dollarlıq geyimdə

Ağ Evdə moda qalmaqalı: Pentaqon rəhbərinin həyat yoldaşı 14 dollarlıq geyimdə Maraqlı

ABŞ Müdafiə naziri Pit Hegsetin həyat yoldaşı Cennifer Roşe Ağ Evin Müxbirlər Assosiasiyasının şam yeməyində geyindiyi libas ilə ən çox müzakirə olunan şəxslərdən biri olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, şənbə axşamı keçirilən tədbir sonradan Tramp administrasiyasının nümayəndələrinə hücumla yadda qalıb.

Buna baxmayaraq, gecə əvvəlcə qırmızı xalçada qonaqların dəbdəbəli görünüşlərini nümayiş etdirdiyi parlaq ictimai tədbir kimi başlayıb.

Tədbirdə ABŞ siyasətinin əsas fiqurları prezident Donald Tramp, birinci xanım Melaniya Tramp, mətbuat katibi Karolin Livitt, FTB direktoru Keş Patel və digər nüfuzlu şəxsləri iştirak edib.

Lakin diqqət gözlənilmədən 41 yaşlı Cennifer Roşe üzərində cəmlənib. O, əvvəllər “Fox News” kanalında prodüser kimi çalışıb və Pit Hegsetin həyat yoldaşıdır.

O, tədbirə açıq çiyinli, bədənə oturan çəhrayı rəngli libasda qatılıb.

Onun görünüşünü çiçək detalları olan çəhrayı çanta və “Steve Madden” brendinə aid olduğu deyilən qalın platformalı gümüşü sandaletlər tamamlayıb. Saç düzümü, brilliant sırğalar və bahalı boyunbağı isə obrazı tamamlayıb.

Lakin daha sonra qalmaqal yaranıb. C.Roşe bahalı dizayner geyimi əvəzinə daha ucuz libasa üstünlük verib.

Həmin libasın ucuz versiyasının “Shein” saytında cəmi 42 dollara satıldığı iddia edilib.

Bundan əvvəl oxşar modelin “Temu” platformasında 14 dollara tapıldığı da bildirilib. Eyni tip məhsulların “Amazon” üzərində də mövcud olduğu qeyd olunub.

Ağ Evdə moda qalmaqalı: Pentaqon rəhbərinin həyat yoldaşı 14 dollarlıq geyimdə Ağ Evdə moda qalmaqalı: Pentaqon rəhbərinin həyat yoldaşı 14 dollarlıq geyimdə Ağ Evdə moda qalmaqalı: Pentaqon rəhbərinin həyat yoldaşı 14 dollarlıq geyimdə Ağ Evdə moda qalmaqalı: Pentaqon rəhbərinin həyat yoldaşı 14 dollarlıq geyimdə