Alimləri heyrətə salan kəşf: tropiklərin ən ağıllı həşəratı o ola bilər

Alimləri heyrətə salan kəşf: tropiklərin ən ağıllı həşəratı o ola bilər Maraqlı

Tropik bölgələrdə yaşayan “Cyclosa” növündən olan hörümçəklər sağ qalmaq üçün inanılmaz bir üsul kəşf ediblər: onlar özlərindən üç dəfə böyük “nəhəng maketlər” düzəldirlər.

News24.az xəbər verir ki, bu cırtdan hörümçəklər zibil, ipək, bitki parçası və hətta ölmüş həşəratların qalıqlarından “kukla-hörümçək” hazırlayaraq onu torlarının içinə yerləşdirirlər. Bu nəhəng həşərat digər həşəratları çaşdırır və hücum anında zərbəni üzərinə çəkərək hörümçəkləri qoruyur.

Bu növ hörümçəklərin ölçüsü bir santimetrdən kiçik olsa da, onun hazırladıqları maket üç dəfə böyükdür və real hörümçəyə çox bənzəyir.

Bu qeyri-adi sağ qalma strategiyası elm adamlarına çoxdan məlum idi, lakin yalnız indi “Ecology and Evolution” jurnalında ətraflı şəkildə təsvir olunub.