“Apple”da bir dövrün sonu

“Apple”da bir dövrün sonu Maraqlı

“Apple” şirkətinin baş icraçı direktoru Tim Kuk 15 illik vəzifəsindən ayrılır.

News24.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, Kuk bundan sonra direktorlar şurasının icraçı sədri vəzifəsini daşıyacaq.

Bu il sentyabrın 1-dən etibarən şirkətə “Apple”da 25 illik təcrübəyə malik olan 50 yaşlı Con Ternus rəhbərlik edəcək.

Ternus “iPhone” və “Mac”, “Apple Watch” və “Vision Pro” avadanlıqlarının mühəndisliyi sahəsinə rəhbərlik edib.

Analitiklər Tim Kukun gedişini bütöv bir dövrün sonu kimi qiymətləndiriblər.