Avropada bu bitkiyə böyük maraq var
Maraqlı
Avropa elmi laboratoriyalarında aparılan son tədqiqatlar siçanqulaq kərəvizi kimi tanınan xüsusi bitkini diqqət mərkəzinə çevirib. Qısa – cəmi 6 həftəlik həyat dövrünə malik olan bu bitki kənd təsərrüfatı və iqlim texnologiyaları sahəsində mühüm rol oynayır.
News24.az xəbər verir ki, genetik quruluşu tam deşifrə edilən bu bitki elm dünyasında “model orqanizm” kimi istifadə olunur. Onun üzərində aparılan araşdırmalar bitkilərin xəstəliklərə və iqlim dəyişikliklərinə necə reaksiya verdiyini daha tez öyrənməyə imkan verir.
Mütəxəssislərin sözlərinə görə, laboratoriyalarda yetişdirilən bu bitkinin akademik toxumları da kifayət qədər bahadır. Belə toxumların qiyməti keyfiyyətindən asılı olaraq təxminən 50–130 ABŞ dolları arasında dəyişir.
Alimlər bildirirlər ki, sürətli böyümə xüsusiyyəti və genetik məlumatları sayəsində siçanqulaq kərəvizi gələcəkdə davamlı kənd təsərrüfatı və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində mühüm rol oynaya bilər.
Nilufər