Ayda yeni kəşf: Elmə məlum olmayan minerallar tapıldı
Maraqlı
Çinli alimlər Aydan gətirilən nümunələr üzərində apardıqları araşdırmalar zamanı elm üçün indiyədək məlum olmayan iki yeni mineral aşkar ediblər.
News24.az xəbər verir ki, bu kəşf ölkənin kosmik tədqiqatlar sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilir.
Məlumata görə, yeni minerallar "Çanq'e-5" missiyası çərçivəsində 2020-ci ildə toplanmış 1,73 kiloqramlıq süxur və torpaq nümunələrində müəyyən edilib. Alimlər bu fosfat mənşəli minerallara “maqneziochangisite-(Y)” və “changisite-(Ce)” adlarını veriblər.
Bildirilir ki, onlar nadir torpaq elementləri ilə zəngin fosfatlar kateqoriyasına daxildir. Aşkar olunan minerallar Beynəlxalq Minerologiya İttifaqı tərəfindən də rəsmi şəkildə təsdiqlənib. Bu isə kəşfin elmi baxımdan tam qəbul olunduğunu göstərir.