Ayrana bunu əlavə edin – Xolesterolu azaltmağa kömək edə bilər
Maraqlı
Yüksək xolesterol ürək-damar sağlamlığı üçün ciddi risk hesab olunur. Mütəxəssislər bildirirlər ki, xolesterolun (LDL) yüksək olması infarkt və insult ehtimalını artırır.
News24.az xəbər verir ki, son araşdırmalar ayrana əlavə edilən zəncəfilin xolesterol səviyyəsinin tənzimlənməsinə kömək edə biləcəyini göstərir.
Ayran probiotik xüsusiyyətləri sayəsində həzm sistemini dəstəkləyir və bağırsaq florasını qoruyur. Zəncəfil isə antioksidant və iltihabəleyhinə təsiri ilə tanınır.
Tədqiqatlara görə, ayranla birlikdə qəbul edilən zəncəfil zərərli xolesterolun (LDL) azalmasına, müsbət xolesterolun (HDL) isə tarazlaşmasına kömək edə bilər. Bu isə ürək-damar sağlamlığı üçün faydalı hesab olunur.
Nilufər