Bir gecəlik möcüzə: Göydən ulduzlar yağacaq
Maraqlı
İlin ən güclü səma hadisələrindən biri hesab edilən Geminid (Əkizlər) meteor yağışı 13–14 dekabr gecəsi maksimum aktivlik mərhələsinə çatacaq.
News24.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, bu hadisə 2025-ci ilin ən təsirli meteor yağışlarından biri olacaq.
Meteorlar gecə yarısından səhər saatlarınadək daha aydın müşahidə ediləcək. Parlaq və nisbətən yavaş hərəkət edən Geminid meteorlarını xüsusi avadanlıq olmadan, açıq havada çılpaq gözlə izləmək mümkündür.
Geminid meteor yağışı 3200 Phaethon asteroidi tərəfindən buraxılan hissəciklərin Yer atmosferinə daxil olması nəticəsində yaranır. Meteorlar Əkizlər bürcü istiqamətindən gəlsə də, müşahidə üçün səmanın daha geniş sahəsinə nəzər salmaq tövsiyə olunur.