Bu yolla lotoreyada 1 milyon qazandı
Maraqlı
ABŞ-nin Miçiqan ştatında yaşayan bir qadın uzun illər ərzində eyni rəqəm kombinasiyasını istifadə edərək lotereyada cekpotu udub.
News24.az xəbər verir ki, qadın mütəmadi olaraq “Lotto 47” tirajlarında iştirak edib və seçdiyi rəqəmləri dəyişməyib. Tirajlardan birində bütün rəqəmlər üst-üstə düşüb və bu ona bir milyon dollardan çox qazanc gətirib.
Qalib əvvəlcə nəticəyə inanmadığını və biletini bir neçə dəfə yoxladığını bildirib.
Qələbə təsdiqləndikdən sonra o, ödənişi birdəfəlik almağı seçib. Bu, lotereya qalibləri arasında ən geniş yayılmış seçimlərdən biridir.
Məlumata görə, qadın əldə etdiyi vəsaitin böyük hissəsini gələcək üçün, o cümlədən, mümkün ailə xərcləri üçün saxlamağı planlaşdırır. /UPI