Bunu hamımız edirik, amma daimi xəstəliyə səbəb ola bilər – DİQQƏT
Maraqlı
Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Füsun Topçugil ağrıkəsicilərin nəzarətsiz istifadəsi ilə bağlı xəbərdarlıq edib.
News24.az xəbər verir ki, Topçugil sosial şəbəkə hesabında bildirib ki, bir çox insan baş, diş və əzələ ağrıları kimi gündəlik narahatlıqları aradan qaldırmaq üçün tez-tez ağrıkəsicilərdən istifadə edir, lakin bu vərdiş orqanizmə ciddi zərər verə bilər.
Dr. Topçugil qeyd edib ki, ağrı bədənin “nəsə qaydasında deyil” siqnalıdır və bu siqnalı dərmanla boğmaq xəstəliyin əsas səbəbinin gec aşkarlanmasına səbəb olur:
“Xroniki ağrılarda davamlı şəkildə ağrıkəsici qəbul etmək, əsas xəstəliyin diaqnozunu çətinləşdirir. Bu, həmçinin mədə, böyrək və qaraciyər kimi həyati orqanlara qalıcı zərər verə bilər".