Buzun altından tapılan bu nadir kəşf hər kəsi şoka saldı

Buzun altından tapılan bu nadir kəşf hər kəsi şoka saldı Maraqlı

Dünyada aparılan elmi araşdırmalar nəticəsində Antarktika qitəsində maraqlı bir geoloji kəşf aşkarlanıb.

News24.az xəbər verir ki, İngilis Antarktika Araşdırma Qurumunun (BAS) tədqiqatlarında “Pine Island” buzunun altında geniş bir geoloji struktur müəyyən edilib. Təxminən 100 kilometr uzunluğunda və 7 kilometr qalınlığında böyük bir granit qatının mövcudluğu aşkarlanıb.

Alimlər bu granit yatağını “böyük xəzinə” kimi qiymətləndirir. O, Hudson Dağları ətrafında yerləşir və tədqiqatçılar hesab edirlər ki, bu strukturlar Yura dövründə, yəni təxminən 175 milyon il əvvəl formalaşıb. Yer quruluşu xəritələri və yeraltı radar məlumatları bu nəhəng geoloji qatın izini təsdiqləyib.