Dünya bu tarixdə çox nadir hadisəyə şahidlik edəcək
Maraqlı
2027-ci il avqustun 2-də dünya çox nadir rast gəlinən tam Günəş tutulmasının şahidi olacaq.
News24.az xəbər verir ki, alimlərin hesablamalarına görə, tutulma zamanı bəzi bölgələrdə 6 dəqiqə 23 saniyə davam edən tam qaranlıq yaranacaq. Bu, 1991–2114-cü illər arasında qurudan izlənəcək ən uzun tutulmalardan biri hesab olunur.
Ayın kölgəsi Atlantik okeanından başlayaraq İspaniyanın cənubu, Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Sudan, Səudiyyə Ərəbistanı, Yəmən və Somali üzərindən keçəcək. Xüsusilə Misirin Luksor şəhərində altı dəqiqədən çox tam qaranlıq müşahidə olunacaq.
Alimlər bildirirlər ki, tutulmanın bu qədər uzun sürməsi Yerin Günəşdən uzaq, Ayın isə Yerə yaxın mövqedə olmasından irəli gəlir.