Dünyanın ən gözəl kəndi seçildi

Dünyanın ən gözəl kəndi seçildi Maraqlı

İspaniyanın cənubunda yerləşən Frigiliana dünyanın ən gözəl kəndi seçilib.

News24.az xəbər verir ki, bu titul qısa müddətdə kəndin turistlər üçün əsas istiqamətlərdən birinə çevrilməsinə səbəb olub.

Malaga bölgəsində yerləşən Frigiliana təbii gözəlliyi və memarlıq üslubu ilə diqqət çəkir. Sierra Almijarra dağlarının ətəyində yerləşən kənd ağardılmış evləri, rəngarəng çiçəklərlə bəzədilmiş küçələri və Aralıq dənizi mənzərələri ilə fərqlənir.

Dar keçidləri və dolama yolları ilə fərqlənən kənd həm tarixi daş tikililəri, həm də təbiətlə vəhdətdə olan atmosferi ilə turistlərin marağını cəlb edir. Kənddən görüntülərin sosial şəbəkədə geniş yayılması onun populyarlığını daha da artırıb.

Hər il minlərlə turist bu bölgəyə səfər edir.