Dünyanın ilk qadın kosmonavtı Tereşkovanın qızının evi qarət olundu

Dünyanın ilk qadın kosmonavtı Tereşkovanın qızının evi qarət olundu Maraqlı

Dünyann ilk qadın kosmonavtı Valentina Tereşkovanın qızı Yelena Tereşkovanın Moskva vilayətindəki evi qarət olunub.

News24.az xəbər verir ki, naməlum şəxs onun evindən istilik avadanlıqlarını oğurlayaraq qaçıb.

Quldur bir neçə gün əvvəl Şçyolkovo rayonunda yerləşən evə daxil olub. Oğurluq əməlini törətdikdən sonra isə oradan qaçıb.

Zərərçəkə su qızdırıcısı, qaz balonu və stabilizatorun oğurlandığını ötən gün aşkar edib. Zərərin məbləği 70 min rubl təşkil edir.

Hadisə ilə bağlı istintaq aparılır. /112