Ət dövrü bitir? – Çin alimləri elə bir göbələk hazırladılar ki…
Maraqlı
Çin tədqiqatçıları insan orqanizmi tərəfindən asanlıqla həzm olunan və ət dadını xatırladan yeni növ göbələk yetişdiriblər. Alimlərin fikrincə, bu innovasiya dünyada protein çatışmazlığı problemini həll edə bilər.
News24.az xəbər verir ki, tədqiqatçılar əsas olaraq “Fusarum venenatum” adlı, mikroprotein istehsalında istifadə olunan məşhur sapvari göbələyi götürüblər. Sadə dillə desək, alimlər göbələrin iki genini “söndürüblər” və nəticədə məhsul həm daha asan həzm olunur, həm ətə çox bənzəyən dad və teksturaya malikdir, həm də tərkibinə görə heyvani proteindən daha qidalıdır.
Ekoloqlar da bu yeniliyi yüksək qiymətləndirirlər: göbələyin yetişdirilməsi prosesi həm quş ətindən, həm də süni ət istehsalından daha təmiz və iqlimə az təsirlidir.