Ev təmizliyi kabusa çevrildi: 20 qızıl külçəni zibilə atdı
Maraqlı
İtaliyanın cənubunda ev təmizliyi 57 yaşlı bir kişi üçün kabusa çevrilib.
News24.az xəbər verir ki, təxminən 120 min avro dəyərində olan 20 qızıl külçə ehtiyatsızlıq ucbatından zibilə atılıb.
Hadisə Puglia bölgəsində baş verib. Bildirilir ki, kişi qızıl külçələri adi qalay qutusunda gizlədirmiş. Evdə təmizlik apararkən qutunu metal tullantıları ilə səhv salaraq zibil qutusuna atıb.
Səhv isə zibil maşını məhəllədən uzaqlaşdıqdan sonra üzə çıxıb. Çaxnaşmaya düşən şəxs polisə müraciət edib. Əvvəlcə şübhə ilə qarşılanan iddia, evin təhlükəsizlik kamerası görüntülərinə baxıldıqdan sonra təsdiqlənib. Kadrlarda kişinin qutunu zibilə atdığı və qısa müddət sonra zibil maşınının gəldiyi aydın şəkildə görünüb.