Evdə hörümçək görsəniz, öldürməyin – Mütəxəssislərdən xəbərdarlıq!
Maraqlı
Bir çox insan üçün evdə hörümçək görmək qorxulu an kimi qəbul edilir. Lakin mütəxəssislər bildirirlər ki, bu kiçik canlılar həm ekosistemin qorunması, həm də insan sağlamlığı üçün mühüm rol oynayır.
News24.az xəbər verir ki, aparılan tədqiqatlara görə, hörümçəklər hər il dünyada milyonlarla ton həşəratı məhv edərək kənd təsərrüfatı zərərvericilərinin sayını nəzarətdə saxlayır. Bu da məhsulların qorunmasına kömək edir və kimyəvi pestisidlərə ehtiyacı azaldır.
Alimlər qeyd edirlər ki, hörümçəklər təkcə tarlalarda deyil, evlərdə də faydalıdır. Onlar ağcaqanad, milçək və tarakan kimi xəstəlik daşıya bilən həşəratları ovlayaraq təbii şəkildə zərərvericilərin qarşısını alırlar.
Bununla yanaşı, iqlim dəyişikliyi və yaşayış mühitinin azalması bir çox hörümçək növlərini təhlükə ilə üz-üzə qoyur. Mütəxəssislər bu canlıların ekosistemdə vacib rol oynadığını vurğulayaraq insanları onları öldürməməyə çağırırlar.
Nilufər