Evdə pişik saxlayanların nəzərinə! Ağır xəstəliyə tutula bilərsiniz
Maraqlı
Araşdırmalara görə, pişiklər insanlarda şizofreniya riskini iki dəfə artıra bilər.
News24.az xəbər verir ki, müvafiq məlumat “Schizophrenia Bulletin” tibbi jurnalında dərc olunub.
Bunun səbəbi pişiyin bağırsağında yaşayan və insana keçə bilən “Toxoplasma gondii” parazitidir.
Yoluxma riski əsasən qum qabını təmizləyərkən parazitin insanla təmas ehtimalı yarandığı vaxt ortaya çıxır.
Bu parazit mərkəzi sinir sisteminə nüfuz edərək neyromediatorlara təsir göstərə bilir. Parazitin şəxsiyyətdə dəyişikliklərə və şizofreniyanın inkişaf ehtimalına səbəb ola biləcəyi qeyd edilib.
Yoluxma riskini azaltmaq üçün qum qabının doldurucusunu müntəzəm dəyişmək və ev heyvanlarını konservləşdirilmiş və ya quru yemlərlə qidalandırmaq tövsiyə olunur.