Göy üzündə görünən qırmızı halqanın sirri açıldı
Maraqlı
İtaliyanın Possanyo qəsəbəsində son üç il ərzində ikinci dəfə müşahidə olunan “qırmızı işıq halqası” qısa müddətlik çaşqınlıq yaratsa da, alimlər hadisənin səbəbini tez müəyyən edib.
News24.az xəbər verir ki, fotoqraf Valter Binottoya görə, bunun arxasında yadplanetlilər deyil, çox nadir rast gəlinən atmosfer hadisəsi dayanır. NASA-nın 1990-cı illərdə aşkar etdiyi ELVES adlı bu fenomen son dərəcə nadir baş verir.
Alpların ətəyindəki qəsəbənin üzərində yaranan qırmızı halqa fotoqraf Valter Binotto tərəfindən 17 noyabr saat 22:45-də görüntülənib. O, 2023-cü ilin martında da eyni bölgədə oxşar halqa qeydə almışdı ki, bu da hadisəni daha maraqlı edir.
Qeyd edək ki, bu il görünən halqanın diametri təxminən 200 kilometr, hündürlüyü isə 100 kilometr olub.