GTA 6-nın satışı rekord vurdu
Maraqlı
Oyun dünyasının uzun illərdir gözlədiyi “Grand Theft Auto 6” (GTA 6) satışa çıxmasının ilk günündə rekord gəlir əldə edib.
News24.az xəbər verir ki, oyun noyabrın 19-na olan məlumata əsasən, 24,5 milyondan çox nüsxə sataraq təxminən 2,36 milyard dollar gəlir gətirib.
Beləliklə, GTA 6 əyləncə sənayesi tarixinin ən böyük təqdimatlarından birinə imza atıb.
Bununla belə, oyunun istehsalçısı “Rockstar Games” və ana şirkəti “Take-Two” satış rəqəmlərini hələ rəsmi olaraq təsdiqləməyib.
Satışların təxminən 75 faizi “PlayStation 5”, qalan hissəsi isə “Xbox” platformasının payına düşüb.
Ekspertlər oyunun gələcəkdə daha böyük gəlir gətirəcəyini gözləyirlər.
Kompüter versiyasının və onlayn rejimin buraxılış tarixi isə hələ açıqlanmayıb.