GTA VI rəsmi olaraq satışa çıxarıldı – milyonlarla oyunçu bu günü gözləyirdi
Maraqlı
"Rockstar Games" şirkəti uzun müddətdir gözlənilən Grand Theft Auto VI (GTA VI) videooyununu rəsmi olaraq təqdim edib.
News24.az-ın məlumatına görə, oyun Bakı vaxtı ilə saat 15:00-da əlçatan olub. Onu ilk olaraq Yeni Zelandiya oyunçuları işə sala biliblər. Buna səbəb oyunun bütün dünyada eyni vaxtda deyil, hər regionda yerli vaxtla noyabrın 19-da saat 00:00-da istifadəyə verilməsi qərarıdır.
GTA VI hazırda "PlayStation 5" və "Xbox Series X/S2 konsolları üçün mövcuddur. Oyunun PC versiyası isə hələ təqdim edilməyib.
Qeyd edək ki, hadisələr ABŞ-ın Florida ştatından ilhamlanan uydurma Leonida ştatında cərəyan edir. Oyunun əsas qəhrəmanları cinayətkarlar Lusiya Kaminos və Ceyson Duvaldır. Hadisələrin böyük hissəsi Mayaminin virtual analoqu olan Vice City-də baş verir.
Xatırladaq ki, GTA VI son illərin ən çox gözlənilən videooyunlarından biri hesab olunur. Seriyanın əvvəlki hissəsi GTA V 2013-cü ildə satışa çıxarılıb. Yeni oyunun buraxılışı bir neçə dəfə təxirə salınıb. Əvvəlcə 2025-ci ilə planlaşdırılan təqdimat daha sonra 2026-cı ilin mayına, son olaraq isə noyabrın 19-na keçirilib.