Pivə içmək bu xəstəliyə səbəb olur
Maraqlı
Pivə içmək oynaqlarda güclü ağrı tutmaları ilə müşayiət olunan iltihabi xəstəlik – podaqranın yaranma riskini artıra bilər.
News24.az xəbər verir ki, bunun səbəblərindən biri kimi pivənin tərkibində olan quanazindir.
Orqanizmdə maddələr mübadiləsi zamanı bu birləşmə sidik turşusuna çevrilir. Qanda sidik turşusunun səviyyəsi yüksəldikdə onun duzları oynaqlarda kristallar əmələ gətirərək iltihaba səbəb ola bilər.
Bununla belə, xəstəliyin yaranmasına yalnız alkoqol və qidalanma deyil, irsi meyillilik və maddələr mübadiləsinin fərdi xüsusiyyətləri də təsir göstərir.
Bildirilib ki, podaqra tutması adətən qəfil, çox vaxt gecə saatlarında başlayır. Zədələnmiş oynaq qızarır, şişir və həddindən artıq ağrılı olur.
Xəstəlik ilk növbədə ayağın baş barmağında özünü göstərsə də, sonradan topuq, diz, əl və dirsək oynaqlarına da yayıla bilər.