İspanaqdakı qumu bu üsulla yox edin

İspanaqdakı qumu bu üsulla yox edin Maraqlı

Bazardan və ya supermarketdən alınan ispanağın yarpaqlarında qalan qum və palçıq çox vaxt adi yuma ilə təmizlənmir.

News24.az xəbər verir ki, bir neçə dəfə su ilə yuyulduqdan sonra belə torpaq qalıqları yarpaqların arasında qalmağa davam edir. Mətbəxdə bu problemi həll edən sadə və təbii üsul isə sodadır.

Mütəxəssislərə görə, ispanağı tam təmizləmək üçün isti suya bir qaşıq soda əlavə etmək kifayətdir. Böyük bir qaba ilıq su doldurulur, üzərinə bir qaşıq soda tökülür və ispanaq yarpaqları suya salınır. Soda yarpaqların səthindəki torpaq qalıqlarını yumşaldır, qumun isə suyun dibinə çökməsinə şərait yaradır.

Cəmi beş dəqiqə islatmaq kifayətdir. Bu müddət ərzində sudakı qalıqlar həll olur, yarpaqlardakı qum və palçıq ayrılmağa başlayır. Daha yaxşı nəticə üçün yarpaqları əllə yüngülcə qarışdırmaq tövsiyə olunur.