İtlər üçün elə bir dərman hazırlandı ki…

İtlər üçün elə bir dərman hazırlandı ki… Maraqlı

Alimlər dünyada ilk dəfə itlərin yaşlanmasını ləngidəcək bir dərman üzərində işləyirlər.

News24.az xəbər verir ki, preparat 2026-cı ildə satışa çıxarılacaq və tədqiqatçılara görə, ev heyvanlarının ömrünü orta hesabla üç il uzatmaqla yanaşı, yaşa bağlı xəstəliklərin və xroniki ağrıların riskini də azaldacaq.

Dərman artıq ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənib. O, 10 yaşdan yuxarı və çəkisi 6 kiloqramdan çox olan itlər üçün nəzərdə tutulub.

Alimlər bunun heyvanlarda yaşlanmaya qarşı ilk terapiya olduğunu bildirir və ümid edirlər ki, gələcəkdə oxşar texnologiyalar insanlarda da tətbiq edilə bilər.