Kainatın sonu bu tarixdə gələcək - Alimlər açıqladı

Kainatın sonu bu tarixdə gələcək - Alimlər açıqladı Maraqlı

Yeni elmi araşdırma kainatın sonu ilə bağlı indiyədək qəbul olunan nəzəriyyələri yenidən gündəmə gətirib.

News24.az xəbər verir ki, alimlərin hesablamalarına görə, kainat əvvəllər düşünüldüyü kimi sonsuz genişlənərək yox olmayacaq, əksinə, təxminən 33,3 milyard ildən sonra tamamilə çökə bilər.

Tədqiqat Donostia Beynəlxalq Fizika Mərkəzinin alimləri tərəfindən aparılıb. Hazırda kainatın yaşının 13,8 milyard il olduğu nəzərə alınsa, bu ssenariyə əsasən onun sonuna təxminən 20 milyard il qalıb.

Araşdırmada “Böyük Çöküş” ssenarisi ön plana çıxır. Bu nəzəriyyəyə görə, kainatın genişlənməsi bir müddətdən sonra dayanacaq və proses əks istiqamətdə başlayacaq. Nəticədə qalaktikalar, ulduzlar və planetlər yenidən tək bir nöqtədə sıxılaraq yox olacaq.

Alimlər bildirirlər ki, bu mərhələdə maddənin sıxılması qara dəliklərin yaranmasını və birləşməsini sürətləndirəcək. Son nəticədə isə kainatın nəhəng bir qara dəliyə çevrilə biləcəyi ehtimal olunur.