Mütəxəssislərdən xəbərdarlıq: Apreldən əvvəl qapıların qarşısına sirkə çiləyin

Mütəxəssislərdən xəbərdarlıq: Apreldən əvvəl qapıların qarşısına sirkə çiləyin Maraqlı

Havalar istiləşdikcə evlərdə həşəratların artması ehtimalı da yüksəlir.

News24.az xəbər verir ki, mütəxəssislər yaz mövsümü başlamazdan əvvəl qapıların qarşısına sirkə çiləməyin zərərvericilərə qarşı sadə və təbii üsullardan biri olduğunu bildirirlər.

Qeyd olunur ki, qarışqalar, hörümçəklər və digər həşəratlar temperatur yüksəldikcə yeni yuva axtarmağa başlayır və evlərə əsasən qapı çərçivələri və kiçik çatlar vasitəsilə daxil olur. Sirkənin kəskin və turş qoxusu isə bu canlılara təsir edərək onların evə yaxınlaşmasının qarşısını ala bilər.

Mütəxəssislər sirkəni sprey qabına tökərək qapı çərçivələrinə, pəncərə kənarlarına çiləməyi məsləhət görürlər. Bu üsul həm həşəratların uzaqlaşdırılmasına, həm də həmin sahələrin gigiyenik qalmasına kömək edə bilər.

Bununla yanaşı, sirkənin turşulu xüsusiyyətə malik olduğu üçün cilalanmış və zərif taxta səthlərdə ləkə və solğunluq yarada biləcəyi də vurğulanır. Bu səbəbdən tətbiqdən əvvəl kiçik bir sahədə sınaq aparmaq və ya sirkəni su ilə durulamaq tövsiyə olunur.

Nilufər