NASA astronavtları Aya çatdı, amma eniş etmədilər - SƏBƏB

NASA astronavtları Aya çatdı, amma eniş etmədilər - SƏBƏB Maraqlı

ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) 54 ildən sonra ilk dəfə insanlı missiya ilə Aya qayıdıb. Lakin bu dəfə astronavtlar Ay səthinə ayaq basmayacaqlar.

News24.az xəbər verir ki, “Artemis II” (Artemis 2) missiyası çərçivəsində dörd nəfərlik ekipaj Ay orbitinə (lunar orbit) uğurla göndərilib.

Təxminən 10 gün davam edəcək missiya zamanı astronavtlar Aya eniş etmədən kosmik gəminin sistemlərini sınaqdan keçirəcək, Ayın indiyədək görünməyən hissələrinin yüksək keyfiyyətli görüntülərini əldə edəcək və gələcək enişlər üçün potensial əraziləri araşdıracaqlar.

“Artemis II” proqramı NASA-nın uzunmüddətli kosmik strategiyasının ən mühüm mərhələlərindən biri hesab olunur. Bu missiya təkcə Aya yenidən qayıdışı deyil, həm də orada daimi bazanın yaradılması və gələcəkdə Marsa insanlı uçuşlar üçün zəruri olan texnoloji bazanın formalaşdırılmasını hədəfləyir.