Partnyorlarını ən çox aldadan bürclər açıqlandı: Siyahıda onlar var
Maraqlı
Münasibətlərdə sədaqət vacib olsa da, bəzi bürclər üçün bu asan məsələ deyil.
News24.az xəbər verir ki, astroloqlar tərəfdaşlarına sadiq qalmaqda çətinlik çəkən və vəsvəsələrə meyilli bürcləri müəyyən ediblər. Sosial şəbəkədə və astroloji mənbələrdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, Şir bürcü bu siyahının ilk pilləsində yer alır. Cazibədar və diqqət mərkəzində olmağı sevən Şirlər, kifayət qədər qayğı və sevgi görmədikdə, başqasına yönəlməyə meyillidirlər.
İkinci yerdə Qoç bürcü dayanır. Od elementi daşıyan Qoçlar çılğın davranışları ilə seçilir və düşünmədən verdikləri qərarlar səbəbindən xəyanət halları ilə daha çox rastlaşılır.
Üçüncü sırada Əkizlər bürcü var. Öhdəliklərdən qaçmağa meyilli və tez darıxan Əkizlərin dəyişkən xarakteri münasibətlərdə sabitliyi çətinləşdirir.
Dördüncü yerdə Oxatan bürcü qərarlaşıb. Macəra sevən və sərbəst ruhlu Oxatanlar uzunmüddətli bağlılıqlara tərəddüdlə yanaşılar. Onların fikrincə, münasibət yalnız dəyər verdikləri biri ilə olmalıdır, əks halda sadiqlikdən uzaqlaşa bilirlər.
Beşinci pillədə Buğa bürcü gəlir. Ümumiyyətlə, etibarlı və sadiq hesab olunan Buğaların təxminən 17 faizi emosional və ya fiziki həzz axtarışı səbəbindən xəyanətə meyilli olur.
Altıncı yeri Xərçəng bürcü tutur. Emosional və duyğulu təbiətinə görə sədaqət onlar üçün əsas dəyərlərdən biridir. Lakin astroloqlara görə, Xərçənglərin cəmi 13 faizi münasibətdə xəyanətə meyillidir.