Pişiklərdən gələn təhlükə - Bu xəstəliklərə yoluxa bilərsiniz
Maraqlı
Pişiklər insan üçün təhlükəli bir çox xəstəliklərin daşıyıcısı ola bilərlər.
News24.az xəbər verir ki, bu barədə rusiyalı baytar həkim Mixail Şelyakov məlumat verib.
“Pişiklər insanlara virus, bakterial, göbələk və parazitar xəstəlikləri ötürə bilər. Xüsusilə təhlükəli olan isə quduzluqdur. Bu heyvanlar həmçinin qurdlar və gənələr də yayırlar.
Elə xəstəliklər var ki, pişiklər onlara yoluxmur, lakin gizli daşıyıcı olaraq qalır və insan üçün aktiv infeksiya mənbəyi olur. Bu infeksiyalara toksoplazmoz, dəri xəstəliklərinə isə xlamidioz daxildir.
Ev heyvanının sağlamlığının qayğısına qalmaq, onu peyvənd etmək, mütəmadi baxım və profilaktik tədbirlər görmək lazımdır”, – deyə o qeyd edib.
Şelyakov bildirib ki, əgər pişiklər çöldə gəzirsə, onları tez-tez müalicə etmək lazımdır.
“İnfeksiyalara qarşı peyvənd və quduzluğa qarşı vaksin ildə bir dəfə vurulur. Bu yalnız onların deyil, həm də sahiblərinin sağlamlığı üçün vacibdir. Profilaktik tədbirlərə qurd dərmanlarının ildə iki dəfə verilməsi daxildir. Bit və gənə əleyhinə preparatlar isə heyvanın yaşadığı mühitdən asılıdır. Əgər bağ evində yaşayırsa və təbiətlə aktiv təmasdadırsa, ayda bir dəfə müalicə oluna bilər. Əgər pişik evdədirsə, ildə dörd dəfə kifayətdir”, – deyə baytar izah edib.
Mütəxəssis heyvanların parazit və xəstəliklərdən qorunması üçün hansı şampunlardan istifadə edilə biləcəyini də açıqlayıb.
“Pişiklərin əksəriyyəti suyu sevmir. Buna görə də onları altı aydan bir yuyurlar. Göbələk əleyhinə, parazitə qarşı və vitaminli şampunlar var. Bu şampunlar insanlar üçün olan məhsullardan geri qalmır. Pişikləri tez-tez yumaq isə o qədər də yaxşı deyil”, – deyə o yekunlaşdırıb. /Gazeta.ru