Qalmaqallı serialla bağlı qərar verildi
Maraqlı
Qalmaqallı səhnələri ilə tez-tez gündəmə gələn “Kıskanmak” (“Qısqanmaq”) serialı mövsüm finalı ilə ekranlara vida etməyə hazırlaşır.
News24.az xəbər verir ki, layihə 19 may tarixində yayımlanacaq 33-cü bölümü ilə yekunlaşacaq. Serial yayımlandığı müddətdə xüsusilə mürəkkəb və mübahisəli münasibətləri əks etdirən səhnələrə görə sosial şəbəkələrdə geniş tənqidlərə məruz qalıb.
Süjet xəttində üç qadın obrazının ərlərindən başqa kişilərdən hamilə qalması isə Türkiyənin yayım tənzimləyicisi RTÜK-ə çoxsaylı şikayətlərin göndərilməsinə səbəb olub.
Baş rollarda Özgü Namal, Səlahəddin Paşalı, Mehmet Günsür və Hafsanur Sancaktutanın yer aldığı serialın çəkilişləri artıq başa çatıb. “Ay Yapım” imzası ilə ərsəyə gələn və NOW kanalında yayımlanan layihənin son səhnələrinin çəkilişindən sonra aktyor heyəti vida tortu kəsərək serialla sağollaşıb.