Qatıldığı tədbirdə "paltarını" yedilər

Qatıldığı tədbirdə "paltarını" yedilər Maraqlı

Hindistanın məşhur aktrisalarından biri olan Uorfi Caved tamamilə yeməli tortdan hazırlanmış diqqətçəkən donla tədbirə qatılıb.

News24.az xəbər verir ki, məşhurun geyiminin parçalarını qoparıb ətrafdakılara təqdim etməsi təəccüb doğurub və görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb.

Caved tədbirə tamamilə yeməli tortdan hazırlanmış qara donla qatılıb. Çiçək və zəncir detalları ilə bəzədilən geyim qısa müddətdə tədbirin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə aktrisanın “paltarından” parçalar qoparıb qonaqlara təqdim etdiyi əks olunub. Bəzi istifadəçilər bu ideyanı yaradıcı hesab etsələr də, digərləri qeyri-adi görüntülərə təəccübləndiklərini bildiriblər.