Qatlanan "iPhone" belə adlandırılacaq

Qatlanan "iPhone" belə adlandırılacaq Maraqlı

“Apple”ın ilk qatlanan smartfonu bazara “iPhone Ultra” adı ilə çıxa bilər.

News24.az xəbər verir ki, şirkət geniş formatlı qatlanan cihaz hazırlayır və məhz bu model üçün yeni “Ultra” brendindən istifadə oluna bilər.

Hələlik bu məlumat rəsmi olaraq təsdiqlənməyib, lakin belə bir adın ortaya çıxması bəzi Çin istehsalçılarını da gələcək modelləri üçün oxşar adlandırma barədə düşünməyə vadar edib.

Konkret brendlər qeyd olunmasa da, artıq sosial şəbəkələrdə “Huawei Pura Ultra 2” və “Xiaomi MIX Fold Ultra” kimi adların istifadəsi ilə bağlı ehtimallar səslənir.

Hələlik qeyri-rəsmi olsa da, sənayedə yeni adlandırma tendensiyaları fonunda bu ssenari real görünür.

“Apple”ın ilk qatlanan “iPhone” modelinin isə 2026-cı ilin ikinci yarısında təqdim olunması gözlənilir. /GizmoChina