"Samsung" bu telefonların qiymətini artırdı
Maraqlı
“Samsung” şirkəti Hindistanda “Galaxy F” və “Galaxy M” seriyasına aid doqquz smartfonun qiymətini artırıb.
News24.az xəbər verir ki, bu, ilin əvvəlindən bəri artıq dördüncü qiymət artımıdır.
Qiymət artımı ilə bağlı bildirişlər yerli satış tərəfdaşlarına göndərilib.
Telefonlarun model və yaddaş həcmindən asılı olaraq qiymətlər, təxminən, 5–20 dollar artıb.
Qiymət artımı ilə bağlı rəsmi səbəblər açıqlanmayıb. Lakin satıcılar əsas amillərdən biri kimi yaddaş modulları və digər komponentlərin bahalaşmasını göstəriblər. / SamMobile